
Koronavirus pandemiyasına görə dayandırılmış avrokubokların mümkün bərpa tarixləri müəyyənləşib.
Sportnet.az-ın “Sky Sport Italia”ya istinadən məlumatına görə, UEFA Avropa Liqası oyunlarının 2-3 avqustda yenilənməsi planlaşdırılır.
Çempionlar Liqası isə 7-8 avqustda bərpa olunacaq. Oyunlar hər üç gündən bir keçiriləcək.
Daha əvvəl bildirilirdi ki, UEFA 29 avqustda Çempionlar Liqasının finalını keçirməyi planlaşdırır.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılması riskinə görə dünyanın əksər ölkələrində kütləvi idman tədbirləri dayandırılıb.