Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) koronavirus pandemiyasına görə yaranmış fasilənin futbolçuların psixologiyasına təsirini araşdırıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam Universiteti ilə birgə keçirdiyi sorğunun nəticəsinə əsasən, hazırkı durumunun oyunçularda depresiya əlamətlərini 2 qat artırdığı məlum olub.
Sorğuda 1134 qadın və 468 kişi olmaqla, ümumilikdə 1602 peşəkar futbolçu iştirak edib. 22 mart - 14 aprel tarixlərində 16 ölkədə keçirilən araşdırma nəticəsində kişilərin 13, qadınların isə 16 faizində depresiya ələmətləri üzə çıxıb.
Məlumatda həmin idmançıların gələcək karyeraları ilə bağlı narahatlıq olduğu bildirilib.
Qeyd edək ki, pandemiyaya qədər kişi futbolçularda bu göstərici 6 faiz, qadın oyunçularda isə 11 faiz təşkil edirdi.