İspaniya millisinin və Fransanın “Monako” klubunun futbolçusu Sesk Fabreqas sosial şəbəkədə “Keşlə”nin hücumçusu Lorenzo Frutosun sualını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin “Twitter”də azarkeşlər üçün açdığı canlı söhbət bölümünə paraqvaylı forvard da qatılıb.
Frutos təcrübəli oyunçuya “2010-cü il Cənubi Afrika Respublikasındakı dünya çempionatında finalı çıxsaq, ən çətin matçınız hansı idi?” sualını ünvanlayıb. Fabreqas isə Paraqvayla görüşün qorxunc olduğunu bildirib.
Qeyd edək ki, İspaniya DÇ-2010-un 1/4 finalında Paraqvayı 1:0 hesabı ilə üstələyib. Komanda finalda İspaniyanı əlavə vaxtda eyni hesabla məğlub edərək mundialın qalibi olub.