Maykl O Nil futbol üzrə Şimali İrlandiya millisinin baş məşqçi postundan istefa verib.
Sportnet.az yerli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis hazırda kənara çəkilməyin ən yaxşı vaxt olduğunu bildirib.
“AVRO-2020-nin pley-off oyunlarında Şimali İrlandiya komandasına rəhbərlik etmək və başqa bir böyük turnirə vəsiqə qazanmaq istəyirdim, amma mövcud vəziyyət bunun qeyri-mümkün olduğunu göstərir. Komandanı ən güclü formada tərk etmək vacib idi. Yeni baş məşqçiyə vaxt vermək önəmlidir”, - deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, Şimali İrlandiya Millətlər Liqasının pley-offunda Bosniya və Herseqovina ilə üz-üzə gələcək.