
Qapıçı Mark-Andre ter Ştegen yay transfer dövründə İspaniyanın "Barselona" klubunu tərk edə bilər.
Sportnet.az-ın AS nəşrinə istinadən məlumatına görə, tərəflər koronavirus pandemiyası ilə əlaqədar danışıqları dayandırıblar. Klub böhranın maddi duruma necə təsir göstərəcəyini hələlik bilmir.
Ter Ştegen "Barsa"da qalmaq istəsə də, onunla Almaniyanın "Bavariya", İtaliyanın "Yuventus", İngiltərənin "Mançester Siti" və "Çelsi" klubları maraqlanır. 27 yaşlı qolkiper Kataloniya klubunda 2014-cü ildən çıxış edir. Hazırkı sözləşmə 2022-ci ilədəkdir. O, cari mövsümdə 23 oyunda 34 top buraxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb.