
Müqavilə ilə İspaniyanın "Barselona" klubuna məxsus olan Arda Turan karyerasını "Qalatasaray"da davam etdirəcək.
Sportnet.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim 33 yaşlı yarımmüdafiəçinin komandaya keçməsi üçün klubun prezidenti Mustafa Cengizi razı salıb.
Qeyd edək ki, Arda Turanın Kataloniya klubu ilə sözləşməsi iyunun sonunda bitir. O, 2019/2020 mövsümündə icarə əsasında "Başakşehir"də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib.
Futbolçu 2000 - 2011-ci illərdə "Qalatasaray"ın şəfərini qoruyub.