
Almaniyanın "Köln" klubunda koronavirusa 3 yoluxma halı qeydə alınıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, məşqçilər heyəti və futbolçuların testdən keçməsindən sonra müəyyənləşib. Yoxlamalarının nəticəsi müsbət çıxan şəxslər iki həftəlik ev karantininə yerləşdiriliblər. Onlarda xəstəlik simptomlarının olmadığı da vurğulanıb.
Daha əvvəl bildirilib ki, Almaniya çempionatının mayın 9-da bərpası planları baş tutmaya bilər. Səbəb ölkədə məhdudiyyətlərin yüngülləşdirilməsindən sonra koronavirusa yeni yoluxma hallarının ortaya çıxmasıdır. Almaniya hökumətinin yenidən karantin tədbirlərini gücləndirəcəyi variantı istisna deyil. Bununla əlaqədar Bundesliqada mövsümün bərpasının təxirə salınması lazım gələ bilər.
Qeyd edək ki, 25 turdan sonra "Köln" klubu 32 xalla 10-cu pillədə qərarlaşıb.