İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu karantindən sonra ilk məşqinə bu gün çıxacaq.
Sportnet.az-ın məlumatına görə, portuqaliyalı hücumçu artıq klubun bazasındadır. 35 yaşlı forvard Turinə mayın 5-də Portuqaliyadan gəlib. O, 14 gün icbari karantində olub.
A Seriyasının startı iyunun 13-nə nəzərdə tutulurdu. Lakin İtaliya hökuməti iyunun 14-dək idman tədbirlərinin keçirilməsinə qadağa qoyub.