
"Qarabağ”
klubunun Avropa Liqasındakı rəqibi "İnter”in prezidenti Erik Toxir komandasının
çıxışı haqda fikir bildirib. Sportnet.az-ın məlumatına görə, Toxir "İnter”in Mançininin
rəhbərliyi altında oyununu bəyəndiyini deyib.
Preziden
Mançini ilə çıxdıqları 3 görüşü dəyərləndirib: "Düşünürəm ki, ilk 3 görüş yaxşı
olub. "Milan”la qarşılaşma heç-heçə bitdi. Ancaq bəlkə də bu rəqibin pis
komanda olmamağından irəli gəlir. "Dnepr”i isə məğlub etdik, halbuki 10 nəfərlə
mübarizə aparırdıq. "Roma” ilə oyunda da iki dəfə hesabı bərabərləşdirsək də,
sonunu gətirə bilmədik".
Toxir Mançini haqda da xoş sözlər deyib: "Mançini əla məşqçidir. Onunla müqavilə bağlamağı bacardıq və indi inkişaf edə bilərik”.