“Neftçi” klubu futbolçusu Anton Krivotsyukla müqavilənin müddətini uzadıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi 2022-ci il mayın 31-dək komandanın formasını geyinəcək.
Qeyd edək ki, Krivotsyuk bu mövsüm 24 oyunda meydana çıxıb, 4 qola imza atıb.