Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"nın tribunalarında beton pilləkənlərin arasını alaq otları basıb.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı foto "Bild" nəşrinin "Instagram" səhifəsində yerləşdirilib. Fotoya "Stadionlara qayıtmalarına icazə verilsə, azarkeşlər ilk növbədə, öz yerlərinə gedib çatmağı bacarmalıdırlar" şərhi yazılıb.
Qeyd edək ki, hazırda "Alyans Arena"da ev oyunlarını "Bavariya" klubu keçirir. Lakin hazırda koronavirus pandemiyası ilə əlaqədar tribunalara azarkeşlər buraxılmır. Bu stadionda AVRO-2020-də F qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması nəzərdə tutulub.