İspaniya "Valensiya"sının sahibi Piter Lim klubu satmağı planlaşdırır.
Sportnet.az-ın "Radio Taronja"ya istinadən məlumatına görə, 66 yaşlı sinqapurlu milyarder futbol agenti Jorje Mendeşə münasib agent tapmağı həvalə edib.
Artıq 3 nəfər Limə təkliflərlə müraciət edərək, klubun vəziyyəti barədə əlavə informasiya istəyiblər. Potensial alıcıların adları açıqlanmır. Onlardan birinin "yarasalar"ın keçmiş oyunçusu və əfsanəsi olduğu bildirilir.
Qeyd edək ki, La Liqada 33 oyundan 45 xal yığan "Valensiya" 9-cu pillədə qərarlaşıb. "Yarasalar" son 3 qarşılaşmadan məğlub ayrılıblar. Nəticədə baş məşqçi Albert Selades və idman direktoru Sesar Sançes istefaya göndərilib.