Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Albasete” klubu İspaniya Sequndasında növbəti matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi XXXVII tur qarşılaşmasında “Alkorkon”u qəbul edib. Görüş heç-heçə ilə nəticələnib – 1:1.
İsrafilov sabiq komandasına qarşı oyuna start heyətdə çıxıb və 33-cü dəqiqədə sarı vərəqə alıb. İkinci hissədə isə o, əvəzlənib.
Qeyd edək ki, “Albasete” hazırda 44 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.