İngiltərə Premyer Liqasında XXXII turun son oyunu "Mançester Siti" və "Liverpul" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Mançesterdəki "Etihad" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 25-ci dəqiqədə penaltidən Kevin de Breyne açıb. Rəhim Sterlinq 35-ci, Fil Foden 45-ci dəqiqədə fərqlənib. Son nöqtəni isə 66-cı dəqiqədə "Liverpul"un futbolçusu Aleks Oksleyd-Çemberlen qoyub. Lakin o, topu öz komandasının qapısına göndərib.
Bu nəticədən sonra xalını 66-ya yüksəldən "Mançester Siti" 2-ci pillədə möhkəmlənib. 86 xala malik "Liverpul" isə məğlubiyyətə baxmayaraq, çempionluğu hələ ötən tur təmin edib.