İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov komandasının növbəti matçında iştirak etməyəcək.
Sportnet.az-ın məlumatına görə, buna səbəb 28 yaşlı yarımmüdafiəçinin Sequndanın XXXVII turunda "Alkorkon"la matçın 33-cü dəqiqəsində sarı vərəqə almasıdır.
İsrafilov sarı vərəqə limitini doldurub və "Malaqa" ilə görüşdə meydanda olmayacaq.
Qeyd edək ki, "Albasete" - "Alkorkon" matçı 1:1 hesabı ilə yekunlaşıb. Komanda "Malaqa" ilə iyulun 5-də qarşılaşacaq.