"Zenit" komandasının baş məşqçisi Sergey Semak Rusiya çempionluğu qazandığı gün həm də baba olub.
Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssisin qız nəvəsi dünyaya gəlib. İkiqat sevinc hissi keçirdiyini deyən Semak bu münasibətlə komanda üzvlərini və qızını təbrik edib.
Sergey Semak həyat yoldaşı Anna Semakla birgə 8 övlad böyüdür. S.Semakın ilk nikahından bir oğlu, Annadan üç oğlu, iki qızı var. A.Semak isə ilk nikahından bir qız dünyaya gətirib. S.Semak onun üçüncü əridir. Bundan başqa cütlük 2016-cı ildə əlil uşağı qızlığa götürüb.
Qeyd edək ki, "Zenit" Premyer Liqanın XXVI turunda "Krasnodar" üzərində 4:2 hesablı qələbə sayəsində ötənilki çempionluq titulunu qoruyaraq, 6-cı dəfə qızıl medalları təmin edib.