
İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Nemanya Matiçlə yeni müqavilə imzalayıb.
Sportnet.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi ilə sözləşmənin müddəti uzadılıb.
32 yaşlı oyunçu 2023-cü ilədək "qırmızı şeytanlar"ın formasını geyinəcək.
Qeyd edək ki, 2017-ci ildən "Mançester Yunayted"in formasını geyinən Matiç daha əvvəl İngiltərədə "Çelsi", Portuqaliyada "Benfika" və Niderlandda "Vitess" klublarının şərəfini qoruyub. O, Slovakiya və Serbiyada da çıxış edib.