
Ukraynalı keçmiş futbolçu Vasili Vasilenko Rusiyanın paytaxtı Moskvada həbs olunub.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, veteran müdafiəçi ölkəsi üçün casusluq etməkdə ittiham olunur.
Onun şəhərdəki həbsxanalardan birində saxlanıldığı bildirilir.
Qeyd edək ki, Vasilenko 1992-2001-ci illərdə Ukraynada "Tavriya", "Torpedo" və "Drujba" klublarında çıxış edib.