Vladimir İviç İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçi postunu tərk etməyi qərara alıb.
Sportnet.az-ın məlumatına görə, serbiyalı mütəxəssis mövsüm yekunlaşan kimi köməkçiləri ilə birgə komandadan ayrılacaq.
43 yaşlı İviç Təl-Əviv təmsilçisinə ardıcıl iki il çempionluq, bir dəfə isə ölkə kubokunu qazandırıb. İki çempionat ərzində "Makkabi" cəmi bir məğlubiyyətlə üzləşib.