Nazirlər Kabineti yanında Operativ Qərargahın məşq etməsinə icazə verdiyi klublar koronavirus testindən öz hesablarına keçəcəklər.
Bu barədə Sportnet.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Federasiya rəsmisi bildirib ki, əvvəlki prosesdən fərqli AFFA bu dəfə komandalara analizlərlə bağlı maliyyə yardımı etməyəcək.
Qeyd edək ki, 2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" klubları sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə təlim-məşq toplanışı keçəcəklər.