
Koronavirus pandemiyası səbəbindən futbol matçlarında tətbiqinə icazə verilən 5-ci əvəzetmə qaydası növbəti mövsümdə də davam etdiriləcək.
Sportnet.az-ın "The Athletic" nəşrinə istinadən məlumatına görə, bununla bağlı rəsmi açıqlama yaxın günlərdə veriləcək.
Oyun ərzində əvəzetmələr 3 dəfəyə gerçəkləşdirilir. Bunu fasilədə də etməyə icazə verilir. Əlavə vaxtda isə 6-cı əvəzetmə də mümkündür.
Qeyd edək ki, UEFA daha əvvəl 2020/2021 mövsümündə öz bayrağı altında keçiriləcək yarışlarda əvəzetmə sayının 3 olacağını açıqlayıb.