İspaniyanın "Real Madrid" klubunun fransalı futbolçusu Kərim Benzemanın La Liqanın XXXV turunun "Alaves"lə oyununda vurduğu qol həmyerlisi Zinəddin Zidan üçün yubiley xarakteri daşıyıb.
Sportnet.az "AS" nəşrinə istinadən xəbər verir ki, oyundakı ilk top Madrid təmsilçisinin 48 yaşlı mütəxəssisin rəhbərliyi altında 500-cü qolu olub.
Zidan "kral klubu"nun tarixində bu səddi adlayan 2-ci məşqçi olub. Bu göstəricidə mütləq rekordçu isə Migel Nunyesdir. "Real Madrid" onun başçılığı altında 605 oyunda 1226 dəfə fərqlənib.
Visente del Boske (246 oyun, 490 qol) 3-cü, Joze Mourinyo (178 oyun, 475 qol) dördüncü sırada qərarlaşıb.
Qeyd edək ki, "Real Madrid" "Alaves" üzərində 2:0 hesablı qələbə sayəsində xallarının sayını 80-ə çadırırıb və liderliyini qoruyub.