İngiltərə millisinin və "Lids"in sabiq futbolçusu Cek Çarlton dünyasını dəyişib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 85 yaşlı keçmiş müdafiəçi bir müddətdir davam edən xəstəlikdən vəfat edib.
Qeyd edək ki, Cek Çarltonun futbolçu karyerası yalnız "Lids"lə bağlı olub. Bu komanda ilə 773 oyun keçirən Çarlton yığmanın heyətində 1966-cı il dünya çempionatında qızıl medal qazanıb. O, milli ilə AVRO-1968-də isə 3-cü yerə çıxıb. Çarlton İngiltərədə "Middlsbro", "Şeffild Uensdey", "Nyukasl" klublarında baş məşqçi olub. O həmçinin İrlandiya millisinə başçılıq edib.