"Ötən ilyarımda qazandığımız nəticələr bizi sevindirir".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçii Ayxan Abbasov klubun rəsmi saytına açıqlamasında deyib.
Bu gün "gənclik şəhəri" təmsilçisi ilə yeni müqavilə imzalayan 38 yaşlı mütəxəssis fikirlərini bölüşüb: "Bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən bir heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq".
Qeyd edək ki, Ayxan Abbasov "Sumqayıt"la 1 illik yeni müqavilə imzalayıb.