Almaniyanın "Borussiya" (Dortmund) klubu futbolçusu Andre Şürrle ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib.
Almaniya millisinin üzvü cari mövsümün çox hissəsini icarə əsasında Rusiya "Spartak"ında keçirib.
Qeyd edək ki, Şürrlenin Dortmund "Borussiya"sı ilə 2021-ci ilin yayınadək müqaviləsi var idi.