2019/2020 mövsümünün sonunda "Neftçi"dən ayrılan futbolçu Soni Mustivar son günlər Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələrə biganə qalmayıb.
Sportnet.az-ın məlumatına görə, haitili yarımmüdafiəçi şəxsi "Instagram" hesabı vasitəsilə ölkəmizə dəstəyini nümayiş etdirib.
"Bütün düşüncələrim və dualarım Azərbaycan və şəhid ailələri ilə birlikdədir", - 30 yaşlı oyunçu yazıb.
Qeyd edək ki, Soni Mustivar "Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qola imza atıb.