İspaniyanın "Real Madrid" klubu futbolçusu Serxio Regilonla yollarını ayıracaq.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Madrid təmsilçisində çox oynaya bilmədiyi üçün komandadan getmək niyyətindədir.
Qeyd edək ki, Serxio Regilon hazırda icarə əsasında "Sevilya"da çıxış edir. O, bu mövsüm komandanın heyətində 33 oyunda meydanda olub. Müdafiəçi 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.