Fransa millisinin və PSJ klubunun sabiq baş məşqçisi Loran Blan İspaniya "Barselona"sına rəhbərlik edə bilər.
Sportnet.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 55 yaşlı fransalı mütəxəssisin meneceri Jorje Mendeş onu Kataloniya təmsilçisinə təklif edib.
"Barselona" hazırkı baş məşqçi Kike Setyenlə bağlı qərarı yaxın günlərdə verəcək.
Qeyd edək ki, Loran Blan son olaraq 2013 - 2016-cı illərdə PSJ-də işləyib. O, Paris təmsilçisi ilə 3 dəfə ölkə çempionatının qalibi olub. Blan 2010 - 2012-ci illərdə Fransa yığmasına rəhbərlik edib.