
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Səbri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğluna aldığı 2,5 milyon lirəlik "Lamborghini" avtomobili 2014-cü ildə Türkiyədə satılan ən bahalı avtomobil olub. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu il qardaş ölkənin avtomobil bazarında "partlama" var.
Bu il iki ədəd "Lamborghini" satılıb. Bunlardan 2 milyon lirəlik "Lamborghini Huracan"ı "Fənərbağça"lı Caner Erkin həyat yoldaşı Asena Erkinə alıb. 2.5 milyon lirəlik "Lamborghini Aventador"u isə Sarıoğlu alıb.









                 





    
    
    
    
    
    
    
    
    


























































