Fransa PSJ-sinin futbolçusu Edinson Kavani karyerasını Portuqaliya "Benfika"sında davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 33 yaşlı hücumçu yeni komandasında ilinə 9 milyon avro əmək haqqı qazanacaq.
Kavani PSJ-də 2013-cü ildən çıxış edirdi. Ötən mövsüm uruqvaylı forvard Fransa çempionatında 11 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
O, İtaliya A Seriyasında "Palermo" və "Napoli"nin də formasını geyinib.
Qeyd edək ki, "Benfika" 2019/2020 mövsümünü ikinci pillədə başa vurub. Lissabon klubu Çempionlar Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq.