AFFA Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk ev matçının neytral meydanda keçirilməsinə dair iddialara münasibət bildirib.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla Sportnet.az-a açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.
Assosiasiya rəsmisi məsələnin müzakirə mövzusu olmadığını vurğulayıb.
Qeyd edək ki, "Wort.lu" nəşri Azərbaycan - Lüksemburq matçının başqa ölkədə keçirilə biləcəyini yazıb. Qarşılaşma sentyabrın 5-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.