Azərbaycanın "Qarabağ" klubunun futbolçusu Muarem Muarem Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən İtaliya "İnter"i ilə qarşılaşmada qeydə alınmayan qol haqda danışıb. Makedoniyalı yarımmüdafiəçi jurnalistlərə açıqlamasında uzatma dəqiqələrində baş verən epizodda oyundankənar vəziyyətin olmadığını bildirib.
O, həmin epizodu dəfələrlə izlədikdən sonra belə qənaətə gəldiklərini söyləyib: "Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, yaxşı oynadıq. Sona qədər mübarizə apardıq. Bu oyunda qol vuracağımıza inanırdım və vurduq da. Amma referi qolumuzu saymadı. Məncə, həmin epizodda oyundankənar vəziyyət yox idi. Çünki hakim də qoldan bir neçə saniyə sonra qərar verdi. O anı bəlkə də 10 dəfə izlədik. Məncə, bu qələbə bizim haqqımız idi. Bu, hakimin qərarıdır və bəzən onlar da səhvə yol verirlər. Amma meydanda baş verən həmin hadisə bizi çox məyus edib".
26 yaşlı futbolçu daha yaxşı nəticə əldə olunmasına heyətdəki itkilərin də təsirsiz ötüşmədiyini deyib. Onun sözlərinə görə, ilk yarının sonlarında Vüqar Nadirov əzələsini dartaraq, əvəzləndikdən sonra baş məşqçi Qurban Qurbanovun xüsusi tapşırığı olmayıb: "O, sadəcə, əvəzləndi və biz öz oyunumuzu oynadıq. Fikrimcə, Reynaldo və Çumbinyo olsaydı, hər şey başqa cür olardı. Baş məşqçimiz oyundan sonra hər kəsi təbrik etdi".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb və "Qarabağ" 1/16 final mərhələsinə vəsiqə qazana bilməyib. (report.az)
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |