UEFA Millətlər Liqasında 2020 mövsümünün startı ərəfəsində koronavirusla mübarizə çərçivəsində yeni tədbirlər planı hazırlayıb.
Sportnet.az "Championat" nəşrinə istinadən xəbər verir ki, qurum yığmaların tibbi qərargahına virus üzrə ayrıca mütəxəssis daxil edilməsini tapşırıb.
Həmçinin milli assosiasiyalara toplanış vaxtı futbolçuların 3 dəfə testdən keçirilməsi tövsiyə olunub.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Yığma 3 gün sonra isə səfərdə Kiprin qonağı olacaq.