Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov "Finiks Rayzinq"in heyətində ABŞ Milli Futbol Liqasında (USL) növbəti görüşə çıxıb.
Sportnet.az xəbər verir ki, 29 yaşlı hücumçu "San Dieqo Loyyal"a qarşı ev oyununda forma geyinib. Qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:2.
Dadaşov sonadək meydanda olsa da, fərqlənə və məhsuldar ötürmə verə bilməyib. "Finiks Rayzinq"in qollarını Junior Flemminqs vurub.
Məğlubiyyətə baxmayaraq, "Finiks Rayzinq" 26 xalla B qrupunda liderliyini davam etdirir. "San Dieqo Loyyal" isə 22 xalla 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm USL-də 10 qol vurub.