
Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Bank Respublika Arena"da "Qarabağ"ı qəbul edən "Sumqayıt" rəqibi ilə bərabərə qalıb - 2:2.
Görüşdə bütün qollar ikinci hissədə vurulub. 52-ci dəqiqədə çempionatın bombardiri Əli Qurbani "gənclik şəhəri" təmsilçisini hesabda önə çıxarıb. Bu, cənubi azərbaycanlı hücumçunun cari mövsümdə 4-cü qolu olub. Cəmi 2 dəqiqə sonra Cəmaləddin Xocaniyazov 2-ci topu Ağdam klubunun qapısından keçirib. "Qarabağ" 59-cu dəqiqədə Kvabena Ovusunun qolu ilə hesab arasındakı fərqi minimuma endirib. 90+5-ci dəqiqədə isə qonaqlar hesabı bərabərləşdiriblər.
Qeyd edək ki, IV turun daha 2 oyunu - "Səbail" - "Sabah" və "Keşlə" - "Zirə" matçları sabah keçiriləcək. Tura sentyabrın 27-də "Neftçi" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, IV tur
25 sentyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ” - 2:2
Qollar: Əli Qurbani, 52. Camaləddin Xocaniyazovu, 54 - Ovusu Kvabena, 59. Filip Ozobiç, 90+5
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”
Qeyd edək ki, turun "Keşlə - "Zirə" və "Səbail" - "Sabah" matçları sentyabrın 26-da, "Neftçi" - "Qəbələ" dueli isə sentyabrın 27-də gerçəkləşəcək.