İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın IV turu ilə bağlı qərarlar qəbul olunub.
Sportnet.az PFL-in saytına istinadən xəbər verir ki, “Səbail” – “Sabah” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar 800 manat cərimə olunublar.
“Keşlə” – “Zirə” görüşündə isə qonaq komanda oxşar səbəbdən eyni cəzaya məruz qalıb.
“Neftçi” – “Qəbələ” qarşılaşmasında oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimələnib.