
Türkiyənin "Fənərbağça" klubu yeni transferlərini açıqlayıb.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi Yunanıstan PAOK-undan yarımmüdafiəçi Dimitris Pelkas və İsveçrə "Bazel"indən hücumçu Kemal Ademini heyətinə qatıb.
Klub hər iki futbolçu ilə 3+1 illik müqavilə imzalayıb.