İtaliya "Yuventus"unun futbolçuları Kriştianu Ronaldu, Paulo Dibala, Xuan Kuadrado, Danilo Luis da Silva və Rodriqo Bentankur koronavirusla bağlı karantin qaydalarını pozublar.
Sportnet.az-ın məlumatına görə, bu barədə yerli mətbuata açıqlamasında səhiyyə idarəsinin sözçüsü Roberto Testi deyib.
O bildirib ki, xəbəri klubun özü açıqlayıb və məsələ ilə bağlı səlahiyyətli orqanları, yəni, prokurorluğu məlumatlandıracaq. Komanda üzvlərinin məhkəməyə veriləcəyi bildirilib.
Qeyd edək ki, milli komandalara yollanmaq üçün xüsusi oteldə təcrid olunan futbolçular test nəticələrini gözləmədən oranı tərk ediblər.