UEFA Millətlər Liqasında III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə A, C və D liqalarında 7 görüş keçirilib.
A Liqasının 4-cü qrupunda Almaniya Ukraynanı səfərdə, İspaniya isə İsveçrəni evdə məğlubiyyətə uğradıb. Nəticədə İspaniya liderliyini qoruyub, Almaniya isə Ukraynanı keçərək, 2-ci yerə yüksəlib.
C Liqasının 1-ci qrupunda Azərbaycan millisini 2:0 hesabı ilə yenən Monteneqro liderliyini möhkəmlədib. Kiprə eyni hesabla qalib gələn Lüksemburq isə 2-ci yerdə gedir. Azərbaycan 3 xalla 3-cü, xalsız Kipr isə sonuncudur.
D Liqasının 1-ci qrupunda Farer adaları Latviya ilə qollu, Andorra Malta ilə qolsuz heç-heçə edib. 2-ci qrupda isə Cəbəllütariq səfərdə Lixtenşteyni minimal hesabla yenib.
10 okyabr
UEFA Millətlər Liqası
III tur
A Liqası
4-cü qrup
22:45. Ukrayna - Almaniya - 1:2
Qollar: Ruslan Malinovski, 77 (pen.) - Mattias Ginter, 20. Leon Qoretska, 49
22:45. İspaniya - İsveçrə - 1:0
Qol: Mikel Oyarsabal, 14
Xal durumu: İspaniya - 7, Almaniya - 5, Ukrayna - 3, İsveçrə - 1.
C Liqası
1-ci qrup
17:00. Monteneqro - Azərbaycan - 2:0
Qollar: Stevan Yovetiç, 9. İqor İvanoviç, 71
17:00. Lüksemburq - Kipr - 2:0
Qollar: Danel Sinani, 12; 26
Xal Durumu: Monteneqro - 9, Lüksemburq - 6, Azərbaycan - 3, Kipr - 0
D Liqası
1-ci qrup
20:00. Farer adaları - Latviya - 1:1
Qollar: Odmar Feryo, 28 - Yanis İkaunieks, 25
22:45. Andorra - Malta - 0:0
Xal durumu: Farer adaları - 7, Latviya - 3, Malta - 2, Andorra - 2.
2-ci qrup
20:00. Lixtenşteyn - Cəbəllütariq - 0:1
Qol: Tjey De Barr, 10
Xal durumu: Cəbəllütariq - 6, Lixtenşteyn - 3, San Marino - 0