Təmkin Xəlilzadə və Şəhriyar Əliyevin Monteneqro ilə UEFA Millətlər Liqasının III tur matçında Azərbaycan yığmasının heyətinə düşə bilməməsinin səbəbi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, onlar müxtəlif səbəblərdən iştirak ərizəsindən kənarda qalıblar. Xəlilzadə zədəli olduğu üçün matçda iştirak etməyəcək. Əliyevi isə baş məşqçi Canni De Byazi rəqabət amili ilə əlaqədar tribunaya göndərilib.
Qeyd edək ki, bu Podqoritsa şəhər stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.