Ermənistanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Antonio Flores istefa verib.
Sportnet.az-ın Ermənistan Futbol Federasiyasının (EFF) rəsmi saytına istinadən məlumatına görə, bu addım komandanın İsveçə 0:10 hesabı ilə uduzduğu Avropa çempionatının seçmə oyunundan sonra atılıb. İspaniyalı mütəxəssis EFF prezidenti Armen Melikbekyanla telefon söhbətindən sonra yığmadakı işinə son qoyub.
Qeyd edək ki, hazırda Ermənistan 8 oyundan 3 xalla 1-ci qrupda Lüksemburqla birgə 5-6-cı yerdə gedir.