Rusiyanın "Lokomotiv" klubu futbolçusu Mixail Lısovun məşqlərə qatılmasına müvəqqəti qadağa qoyub.
Sportnet.az Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçinin qan damarlarında problem aşkarlandığı üçün bu addım atılıb.
Hərtərəfli müayinədən və tibb işçiləri ilə məsləhətləşmələrdən sonra Lısovun bir neçə ay idmandan uzaq olması qərara alınıb.
Qeyd edək ki, Mixail Lısov "Lokomotiv" klubunun yetirməsidir.