
Azərbaycan Premyer Liqasının VI turunda "Zirə"ni qəbul edəcək "Sumqayıt" komandası oyun üçün hazırlıqlarını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kollektiv baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Hazırlıq prosesinə milli komandaların düşərgəsindən qayıtmış futbolçular da qatılıb.
1,5 saat davam edən məşqdə əvvəlcə fiziki gücün artırılması üzrə hərəkətlər, daha sonra isə müxtəlif toplu çalışmalar icra edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, oktyabrın 18-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Zirə" qarşılaşması saat 16:00-da başlanacaq və CBC Sport telekanalı ilə canlı yayımlanacaq.