UEFA AVRO-2020-nin formatını dəyişdirmək variantını nəzərdən keçirir.
Sportnet.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, qitə futbol qurumu koronavirus pandemiyası səbəbindən turnirə ev sahibliyi edəcək şəhərlərin siyahısını azaltmaq niyyətindədir. Hətta Avropa çempionatının bir ölkənin 4 stadionunda təşkili də istisna olunmur.
Pandemiya zamanı səfərlərin azaldılması üçün oxşar sözügedən variant qəbul edilə bilər.
İddiaya görə, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Bakı, eləcə də Rusiya Sankt-Peterburqu AVRO-2020-yə ev sahibliyi etmək hüququnu itirən ilk şəhərlər ola bilər.
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.