
"Qarabağ" və "Qəbələ" komandaları Azərbaycan Premyer Liqasının VI tur matçına birgə pankartla çıxıblar.
Sportnet.az-ın məlumatına görə, pankart üzərində "Əmrinizdəyik, Cənab Ali Baş Komandan" yazılıb.
Futbolçular isə üzərində şəhid general Polad Həşimov və Gəncə terrorunda xəsarət almış 5 yaşlı Ömərin birgə fotosu və "Bir ölər, min dirilərik" yazılmış maskada olublar. Dövlət himni səsləndirildikdən sonra komandalar birgə foto çəkdiriblər.