Azərbaycan Premyer Liqasının VI turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edən “Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.
Ağdam klubu qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib.
"Qarabağ" bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.