
Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) "Lans" klubu rəsmilərinin ölkənin Peşəkar Futbol Liqasına (PFL) çağırılmaları ilə bağlı açıqlama yayıb. Sportnet.az-ın məlumatına görə, açıqlamada klub prezidenti Jerve Martel, PFL prezidenti Frederik Tirie və DNCG prezidenti Riçar Olivye ilə yanaşı, əsas səhmdar Hafiz Məmmədovun da bir araya gəldikləri bildirilir. 
O da qeyd olunub ki, səmimi ab-havada keçən görüşdə "Lans"la bağlı görüləcək işlər və klubun büdcəsi müzakirə olunub. DNCG digər klublarla yanaşı, "Lans" barədə də yekun qərarı iyunun 18-dək açıqlayacaq.  









                 





    
    
    
    
    
    
    
    
    























































