
Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubunun apellyasiya şikayətini təmin edib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, İntizam Komitəsinin 6 oktyabr qərarını ləğv olunub.
Komitə oktyabrın 3-də Azərbaycan Premyer Liqasının V turunun “Zirə” – “Neftçi” oyununda ehtiyat qapının standartlara uyğun olmadığını əsas gətirərək, qəsəbə klubunu 800 manat cərimələmişdi.
Qeyd edək ki, bu görüş "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 1:0.