"Oyunu qalib bitirməli idik. Düzdür, heyətdə problemlər var. Bütün bunlara baxmayaraq, qələbə qazanmalı idik. Düzdür, futbolçularım mübarizə apardılar, qol vurdular". Sportnet.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin deyib.
Türkiyəli mütəxəssis Topaz Premyer Liqasının XVIII turunda AZAL-la heç-heçə etdikləri oyundan danışıb: "Lakin bu gün keyfiyyət baxımından problem yaşadıq. Ümumi nəticə qazanmaq üçün mübarizə aparmaq lazımdır. Bugünə qədər həyata keçirdiyimiz işlər sayəsində yaxşı futbol sərgiləyirik. Amma futbolda fərdi xətalar var. Bütün bunlara baxmayaraq, yaxşı bir komandaya sahibik. Ümid edirəm ki, mərkəz müdafiəçisi və hücumçu gətirməklə daha yaxşı işlər görə bilərik”.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |