"Hazırda olduğumuz vəziyyəti yaxşılaşdırmalıyıq. Noyabrdakı matçlar bizim üçün yaxşı fürsətdir. Azərbaycana qarşı yoldaşlıq matçı irəliyə addım baxımından vacibdir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Sloveniya millisinin baş məşqçisi Matyaj Kek yerli federasiyanın rəsmi saytına açıqlamasında Azərbaycanla keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.
59 yaşlı mütəxəssis bildirib ki, qarşıda 3 matç olduğu üçün geniş heyətə ehtiyac var: "Bu, keyfiyyətli oyunu təmin etmək üçün çox vacibdir. Sürətli hücumlar zamanı hər şey qaydasında olur. Tempi aşağı saldıqda isə probem yaşanır".
Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Sloveniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.